...

Mobil əsaslı kosmik innovasiya və STEAM avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur - Kosmik Akademiya

Telekommunikasiya Materials 11 Aprel 2025 11:37 (UTC +04:00)
Mobil əsaslı kosmik innovasiya və STEAM avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur - Kosmik Akademiya
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kosmik Akademiya tərəfindən gələcəkdə mobil əsaslı kosmik innovasiya və STEAM avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın Kosmik İcma Layihələrinin rəhbəri Əli Tağıyev məlumat verib.

Onun sözlərinə görə, bu layihə regional mühiti əhatə edəcək:

"Türk Dövlətləri Təşkilatı üzrə fəaliyyət göstərəcək. Bu mobil tədris və təcrübə platforması nəinki Azərbaycanda, həmçinin bütün Türk dövlətləri ölkələrində baş tutacaq. Bu layihə ilə biz çalışırıq ki, Türk Dövlətləri Təşkilatı arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfələrimizi verək".

Ə.Tağıyev qeyd edib ki, kosmik icma layihələrinin əsas məqsədi Azərbaycanda kosmik ekosistem ilə cəmiyyət arasında dayanıqlı əlaqələr, körpülər yaratmaqdır:

"Bu istiqamətdə biz müxtəlif təşəbbüslər həyata keçiririk. Hazırda dünyada kosmik sənayedə trendlərə nəzər salsaq, görərik ki, biz sahədə həyata keçirilən ictimai, sosialyönümlü layihələrə investisiyalar artmaqdadır. Kosmik Akademiya tərəfindən innovativ layihələr nəticəsində biz kosmos elmini, kosmik ekosistemi hər bir vətəndaş üçün əlçatan etmək istəyirik. Burada əsas məqsəd bu sahədə insan kapitalının inkişafına da nail olaq".

"Kosmik Akademiya tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində il ərzində 12 mindən çox vətəndaş bizim fəaliyyətlərimizdən yararlanır. Biz çalışırıq ki, müxtəlif sahələrlə kosmos elmini inteqrasiya edək. Buraya mədəniyyət, incəsənət, qida, hətta sağlamlıq sahələri daxildir", - deyə Ə. Tağıyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti