...

"KÜR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ AZƏRBAYCANDA KOMPUTERLƏRİN İSTEHSALINA BAŞLAYIB

Telekommunikasiya Materials 8 İyul 2005 18:09 (UTC +04:00)

"Kür" MMC-i Mingəcevir şəhərində komputerlərin istehsalına başlayıb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 8-də mətbuat-konfransında məlumat verib.İndiyə kimi müəssisəyə onun tikintisi və texnika ilə təchiz olunması üçün 1,2 milyon dollar sərmayə qoyulub.

Nazirin sözlərinə görə, müəssitsənin əsas məqsədi Təhsil Nazirliyinin Azərbaycanın orta məktəblərinin komputerlə təchiz olunması barədə sifarişinin yerinə yetirilməsi, Dünya Bankının layihəsi çərçivəsində respublikada poçt sisteminin inikişafına yönəlmiş məlumat köşklərinin yaradılmasıdır.

Tikintisinə 2005-ci ildə başlanmış zavod iştirakının 51% dövlətə ( Rabitə və informasiya texnologiyaları Nazirliyinə), 36%-i yerli SINAM-a və 13%-i fərdi şəxslərə məxsus olan birgə müəssisə kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti