...

TOVUZ RAYONUNUN KƏNDLƏRİNDƏ YENİ EATS QURAŞDIRILACAQ

Telekommunikasiya Materials 12 Avqust 2005 17:03 (UTC +04:00)

İlin sonunadək Tovuzun bir sıra kəndlərində köhnə ATS-in yerinə yeni EATS quraşdırılacaq.AR rabitə və informasiya texnologiyaları Nazirliyində Trend agentliyinə bildirilib ki, yeni avtomat telefon stansiyalarının Yanıqlı, Böyük Qışlaq, Əsrik, Cırdaxan və digər kəndlərdə quraşdırılması planlaşdırılır.

Nazirlikdə həm də qeyd edilib ki, hazırda Aşağı Quşçu kəndində 512 nömrə tutumlu EATS-nin quraşdırılması üzrə işlər aparılır.

Bundan başqa, dövlət srukturundan alınmış məlumata əsasən, Tovuz rayonunun Qovlar kəndində artıq 512 nömrə tutumlu EATS fəaliyyət göstərir.

Bu, eyni zamanda Telekommunikasiya Qovşağıdır.Bu qovşaq Yanıqlı, İbrahimhacılı, Alakol, Sarıtala kəndlərindəki ATS-ə və nəhayət Trans-Asiya-Avropa (TAA)fibro optik magistralına qoşulub.

Adıçəkilən tədbirlər 2004- 2008-ci illərdə Azərbaycanın reginlarınınsosial-iqtisadi inkişafı Dövlət proqramına müvafiq olaraq həyata keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti