...

AZƏRBAYCAN RABİTƏ SAHƏSİNDƏ REGİONAL ƏMƏKDAŞLIQ TƏŞKİLATININ NÖVBƏTİ İCLASLARI ÇƏRÇİVƏSİNDƏ SEMİNARDA İŞTİRAK EDİB

Telekommunikasiya Materials 17 Sentyabr 2005 13:17 (UTC +04:00)

Azərbaycan rabitə sahəsində regional əməkdaşlıq təşkilatının növbəti iclasları çərçivəsində beynəlxalq seminarda iştirak edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə bildirdiyinə görə, seminar poçt rabitəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə həsr olunub.

Onun sözlərinə görə, tədbirdə Gürcüstan və Türkmənistandan başqa Baltik ölkələri, Polşa, Fransa, Sloveniya vvə Ümumdünya Poçt İttifaqının nümayəndə heyətləri iştirak edib.

N.Məmmədov Azərbaycanın poçt sahəsində əldə edilən son nailiyyətlər, dünya bankının ölkədə poçt xidmətlərinin inkişafına yönəldilmiş 3 illik layihəsi barədə iştirakçılara məlumat verib.

"Belə layihənin MDB ölkələri arasında ilk dəfə Azərbaycanda həyata keçirilməsini nəzərə alaraq, təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb", - deyə RN nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti