Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) CDMA (Code Division Multiple Access) xidmətlərinin gerçəkləşdirilməsi üzrə işlər aparır.İB-də Trend ə bildirilib ki, hazırda nəzərdə tutulmuş layihəyə müvafiq olaraq proqramlaşdırma üzrə işlər aparılır.
İB-də həm də bildirilib ki, layihənin icraçısı Çinin Huawei şirkətidir.
Xidmət 564/565 ideksi ilə əldə ediləcək.Adıçəkilən texnologiyanın təmin edilməsi məqsədilə İB layihəyə əsasən teleqüllədə, 438, 477 və 453/455 EATS-də CDMA ötürücüləri quraşdıracaq.
İB-də həmçinin qeyd olunub ki, ilkin olaraq CDMA texnologiyası paytaxtda və Abşeron yarımadasında tətbiq ediləcək.Yeni CDMA texnologiyasının istismara vekrilməsi məsələsinə toxunaraq qeyd olunub ki, bunun dördüncü rüb ərzində gerçəkləşdirilməsi planlaşdırılır.