Hazırda İctimai televiziya və radio yayımının əhatə dairəsi respublika üzrə 80% təşkil edir. Teleradio İB-də Trend ə bildirilib ki, bu, İB-nin həmin istiqamətdə apardığı bir sıra tədbirlərdən sonra mümkün olub.
İB-də həm də bildirilib ki, hazırda bütün ölkədə 22 vericisi quraşdırılıb. "Bu istiqamətdə işlər üç mərhələdə aparılır: ilk mərhələdə ilin əvvəlindən 6 ötürücünün -10 KVatt Ağsuda (yeni teleradiostansiyada) quraşdırılması nəzərdə tutulurnə, 5 Kvatt paytaxtda , 3 Kvatt Lerikdə və 3 Kvatt Gəncədə, Şəki və Xaçmazda quraşdırılması artıq başa çatdırılıb"-deyə İB-də bildirilib.
İkinci mərhələ üzrə nəzərdə tutulmuş tədbirlər cari ilin sonunadək başa çatdırılacaq.Hazırda növbəti mərhələ çərçivsəində ölkənin regionlarında 17 vericinin quraşdırılması təmin edilib.Bütün bunlarla yanaşı Naxçıvan Muxtar Respublikası (NMR) da daxil olmaqla İTV-nin proqramlarına Türkiyə, İran, Zaqafqaziya və Mərkəzi Asiya ölkələrində peyk antenləri vasitəsilə baxa bilərlər.Qəbul Turksat peyki vasitəsilə 1C 42o 11555 MHs tezliyində horizontal polyarizasiya ilə FEC-2/3, SR-2625 parametri üzrə həyata keçirilir.
Bundan başqa, NMR ərazisində 4 TV vericisinin köməyilə Sədərək, Ordubad, Şərur rayonlarında və Duzdağında hər gün 10 saat İTV-nin yayımı mümkündür.
"İlin sonunadək regionlarda yayım keyfiyyətinin yaxşılaşdırılması üçün 6-7 vericinin quraşdırılacaq" -deyə İB-də qeyd olunub.
Sonuncu üçüncü mərhələ İTV-nin bütün respublikada yayımının 100% təmin edilməsini nəzərdə tutur.
İTV-nin rəsmi açılışı cari ilin avqustun 29-da keçirilib.Hazırda ictimai radionun fəaliyyətə başlaması üçün işlər aparılır.Radionun yayımı 2005-ci ilin dördüncü rübünə planlaşdırılır.