...

Azercell Telecom yerli mobil rabitəsi bazarının 80%-nə nəzarət edir

Telekommunikasiya Materials 7 Fevral 2006 15:51 (UTC +04:00)

Azercell Telecom MM Azərbaycanın mobil rabitəsi bazarının 80%-nə nəzarət edir. Operatorun əhatə dairəsinə ölkə ərazisinin 74,5%-i və əhalisinin 98,7%-i daxildir. Trend bildirir ki, fevralın 7-də Azercell Telecom MM-in rəhbəri Sərdar Canoğulları bu barədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda MM abunəçilərinin sayı təxminən 1,8 mln. təşkil edir.

Rabitə xidmətinin təmin edilməsi üçün MM 1- baza stansiyalarının nəzarət sistemi, 2 abunə bazası, 12 mobil rabitə kommutasiya mərkəzi və 750-dən çox baza radiostansiyasına malikdir. 2005-ci ildə ölkənin müxtəlif regionlarında quraşdırılıb və Bakıda 248 yeni baza radiostansiyası vardır. 2006-cı ildə də 250 yeni baza radiostansiyası quraşdırmağı planlaşdırır.

Bundan başqa, MM rəhbəri qeyd edib ki, fəaliyyət göstərdiyi 9 il ərzində şirkət $406 872 192 məbləğində investisiya qoyub və respublikanın dövlət büdcəsinə vergi şəklində $230 090 582 vəsait köçürüb. Təkcə 2005-ci ilin sonunda MM tərəfindən köçürülmüş vəsait dövlət büdcəsinə ümumi həcmin 4,09%-i qədər olub və $84 945 729 təşkil edib.

Xəbər lenti

Xəbər lenti