...

2005-ci ildə Rabitə nazirliyinin xətti ilə 600-dən çox yeni iş yerləri açılıb

Telekommunikasiya Materials 20 Fevral 2006 12:21 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, 2005-ci ildə Rabitə və informasiya texnologiyaları nazirliyinin strukturlarına əhali tərəfindən 4480 müraciət və şikayət daxil olub.

Rabitə nazirliyi aparatının rəhbəri Vidadi Zeynalovun sözlərinə görə, Aparata 3573 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 137 müraciət çoxdur.

Müraciətlərdə, əsasən maddi çatışmazlıq, telefonların çəkilməsi, abunəçi haqlarının ödənilməsi, işə düzəlmə, maddi köməklə bağlı məsələlərə toxunulur, həmçinin, minnətdarlıq məktubları da göndərilir.

"Aparatda və nazirliyin müəssisələrində müraciətlərin hamısına baxılıb və qanunvericilklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavablar göndərilib" - deyə V.Zeynalov vurğulayıb.

Aparat rəhbəri qeyd edib ki, Telekommunikasiya Qovşaqlarında əhaliyə telefon xətlərinin çəkilməsi zamanı süründürməçilik halları müşahidə olunur. "Bu faktlar təhlil edilib və tədbirlər görülüb", - deyə o bildirib.

2005-ci il ərzində nazirliyin müəssisələrində 2936 nəfər işə qəbul olunub, 1550 nəfər isə vəzifəsindən uzaqlaşdırılıb.

Bu dövrdə nazirliyin xətti ilə 611 yeni iş yerləri açılıb.

Xəbər lenti

Xəbər lenti