...

Aztelekom Caspian Telecoms-2006-da iştirak edəcək

Telekommunikasiya Materials 14 Mart 2006 16:49 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Aztelekom İstehsalat Birliyi (İB) Türkiyə, MDB, Xəzər və Qara dəniz regionları ölkələrinin 5-ci yubiley sərgisi və konfransında - Caspian Telecoms-2006-da iştirak edəcək. Bu barədə Trend ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbir aprelin 11-13-də İstanbulda Hilton mehmanxanasının Sərgi Mərkəzində keçiriləcək.

Ekspozisiyanın ümumi sahəsi 2000 m2-dir.

Caspian Telecoms-206-da Türkiyə, Rusiya, Çin, Qazaxıstan, İran, Rumıniya, Yunanıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Əfqanıstan, Moldova, Qırğızıstan və digər ölkələrdən nümayəndə heyətinin iştirakı gözlənilir. Tədbirlərdə ITU, EU, ETSI, Dünya Bankı, EBRD, UNDP, OPIC və digər təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.

Caspian Telecoms-2006-nın keçirilməsinə Türkiyənin Nəqliyyat və Rabitə Nazirliyi, bu ölkənin Telekommunikasiya Administrasiyası və Turk Telecom dəstək göstərəcək.

Xəbər lenti

Xəbər lenti