...

Azərbaycan rabitə nazirinin müavini əhalinin şikayətlərini dinləyib

Telekommunikasiya Materials 5 Aprel 2006 19:32 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov əhalinin müraciət və şikayətlərini dinləyib. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, bu, dövlət strukturu tərəfindən yaradılan etimad telefonu vasitəsilə mümkün olub.

Etimad telefonları əhalinin şəhərlərarası və beynəlxalq rabitə, teleyayım, poçt və teleqraf xidmətlərindən istifadəsi ilə bağlı müraciətlərinin təhlili üçün təşkil olunub.

Birbaşa əlaqədə Aztelekom İB-nin baş direktoru Məhəmməd Məmmədov, Azərpocht DM-nin rəhbəri Qənbər Bəybalayev, Baki Telefon Rabitəsi İB-nin rəhbəri Beytulla Hüseynov, Teleradio İB-nin başçısı İlham Əhədov və digər məsul şəxslər iştirak ediblər.

Ümumilikdə 50 -yə yaxın vətəndaşdan telefon zəngi qəbul olunub və əhalinin problemlərinin həlli məqsədilə müvafiq təşkilatlara göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti