...

Azerpocht 14 regionda Western Union üzrə poçt pul köçürmələri həyata keçirir

Telekommunikasiya Materials 1 May 2006 15:25 (UTC +04:00)

Azerpocht dövlət müəssisəsi Azərbaycanın 14 regionunda Western Union sistemi üzrə poçt pul köçürmələri tətbiq edib. Müəssisədən Trend ə verilən məlumata görə, bunlar Şəmkir, Tərtər, Ağstafa, Bərdə, Gədəbəy, Goranboy, Daşkəsən, Gəncə, Xanlar, Mingəçevir, Naftalan, Samux, Tovuz və Yevlax regionlarıdır.

Regionlarda əhali arasında belə xidmətlərə kifayət qədər tələbat var.

Hazırda Bakıda pul köçürmələri 10 poçt şöbəsində - mərkəzi poçt şöbəsi, 1, 6, 73, 2, 118, 63, 83, 44 və 45 saylı şöbələrdə həyata keçirilir.

Ümumiyyətlə, yaxın vaxtlarda bu xidmətlərin ölkənin bütün regionlarında tətbiqi gözlənilir.

"Növbəti avadanlıqlar alındıqdan sonra bütün rayonlar üzrə işlərə başlanacaq", -deyə müəssisədən qeyd olunub.

Parabank KB və Azerpocht DM arasında bu sistemin tətbiqinə dair imzalanmış sazişə əsasən, bu köçürmələr ilk dəfə 10 oktyabr 2005-ci ildə 1 saylı, 11 oktybarda isə 118 saylı poçt şöbələrində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti