...

Mayda Bakı Telefon Rabitəsi IP-TI xidmətlərini tətbiq etmək niyyətindədir

Telekommunikasiya Materials 6 May 2006 11:48 (UTC +04:00)

Bakı Telefon Rabitəsi (BTRIB) may ayında IP-TI xidmətlərini tətbiq etmək niyyətindədir. Bu barədə Trend ə BTRIB-in direktor müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, hazırda müəssisə 498, 438/439, 510, eləcə də 468/469 saylı avtomatik telefon stansiyalarında infrastruktur yaradır. İlkin olaraq, bu xidmətlər Yasamal, Nərimanov, Səbail və qismən Binəqədi rayonu ərazisində tətbiq olunacaq.

Direktor müavini bildirib ki, bu xidmətlərin tarifləri məqbul olacaq. Gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu növ xidmətlərin ölkə regionlarında da tətbiq etməyi planlaşıdırır.

IP TI ilə yanaşı abonentlərə digər multimediya xidmətləri də göstəriləcək. IP-TI - 50-yə yaxın proqramın kabel və peyk telekanalları vasitəsilə yayımlanmasına imkan verən texnologiyadır. IP-TI xidmətlərinin tətbiqi NGN (Next Generation Network) texnologiyası hesabına gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti