...

Azərbaycan Rabitə Nazirliyinin nümayəndə heyəti Özbəkistana yola düşür

Telekommunikasiya Materials 19 May 2006 16:35 (UTC +04:00)

Mayın 20-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Regional Rabitə Birliyinin Administrasiya başçıları Şurasının 35-ci iclasında iştirak etmək üçün Özbəkistana yola düşür. Nazirlikdən Trend ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş üzrə şöbənin başçısı Ayaz Bayramov, rabitə nazirinin WSIS məsələləri üzrə müşaviri Elçin Əliyev, Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov və Azeurotelin əməkdaşı Sübhi Qəhrəmanzadə daxildir.

İclas mayın 22-24-də keçiriləcək. Bu günlərdə, həmçinin, MDB ölkələri rabitə administrasiyalarının iclası və RRB-nin informatizasiya üzrə əlaqələndirmə Şurasının 9-cu iclası keçiriləcək.

Görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının telekommunikasiyanın inkişafı üzrə Ümumdünya Konfransının yekunları və 2010-cu ilədək inkişaf perspektivləri, Ümumdünya Radiorabitə konfransına hazırlıq, o cümlədən poçt rabitə və televiziya yayımının tənzimlənməsi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti