...

HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Bakıdadır

Telekommunikasiya Materials 21 İyun 2006 12:00 (UTC +04:00)

Hewlett Packard (HP) şirkətinin MDB ölkələri üzrə baş direktoru Hilmar Lorens Bakıda işgüzar səfərdədir. Trend in xəbər verdiyi kimi, səfərdə məqsəd Azərbaycanın IT sahəsi ilə daha yaxından tanış olmaq, müvafiq şirkət və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirməkdən ibarətdir.

Bakıya səfəri zamanı Lorens Təhsil Nazirliyində görüşlər keçirməyi planlaşdırır.

Keçmiş SSRİ ərazisində HP şirkətinin fəaliyyəti 1968-ci ildə başlayıb. Hazırda HP bütün MDB ölkələrində və Monqolustanda təmsil olunub. Bu gün MDB ərazisində - Bakı, Kiyev, Almatı və Astanada 4 nümayəndəlik açılıb və fəaliyyət göstərir. MDB bazarına çıxdığı dövr ərzində HP böyük nəticələr əldə edib - MDB ölkələrinin ən iri şirkətləri HP avadanlıqlarını özünün korporativ standartı seçib.

Xəbər lenti

Xəbər lenti