...

Malayziya İT sahəsində kadrların hazırlanmasında Azərbaycana yardım etməyə hazırdır

Telekommunikasiya Materials 1 İyul 2006 14:26 (UTC +04:00)

Malayziyanın İT şirkətləri oktyabrda informasiya və kommunikasiya texnologiyaları üzrə BakuTel 2006 12-ci beynəlxalq sərgisində iştirak edəcək. Trend in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verdiyi kimi, bu, rabitə naziri Əli Abbasovun Kuala Lumpurda İnformasiya-Kommunikasiya Texnologiyaları və İnkişaf üzrə Qlobal Alyansın sammiti çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Camaludin Cacislə görüşü zamanı məlum olub.

Ə.Abbasovla görüşündə malayziyalı nazir qeyd edib ki, onun ölkəsi İT sahəsində Azərbvaycana həmişə kömək etməyə hazırdır. O vurğulayıb ki, 1-ci mərhələdə azərbaycanlı tələbələr İnformasiya Texnologiyaları İnstitutunda dövlət strukturunun vəsaiti hesabına təhsillə təmin olunacaq. Həmçinin, iki azərbaycanlının Malayziyada bakalavr dərəcəsi üzrə təhsil alması ilə bağlı razılaşma da əldə olunub. Daha sonra Malayziyada təhsil alan tələbələrin sayının artırılması, Azərbaycanda yaradılacaq İT institutu ilə müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti