...

"Mobil TeleSistemlər" ASC Azərbaycan bazarı ilə maraqlanır

Telekommunikasiya Materials 3 İyul 2006 12:34 (UTC +04:00)

"Mobil TeleSistemlər" ASC (MTS) MDB ölkələri və yaxın xaricdəki, həmçinin Cənub-Şərqi Asiya ölkələrindəki mobil aktivlərə maraq göstərir.

"Bu bazarlar mobil rabitənin aşağı səviyyədə yayıldığı və yaxşı inkişaf potensialına malik perspektivli bazarlardır. Ona görə də inkişaf strategiyamız çərçivəsində Azərbaycan bazarı bizim üçün maraq kəsb edir", - deyə MTS-in mətbuat katibi Kirill Alyavdin Rusiyadakı böyük mobil rabitə operatoru MTS-in Azərbaycan həmkarları ilə əməkdaşlıq perspektivlərini səciyyələndirərək, Trend in Moskvadakı xüsusi müxbirinə bildirib.

MTS və Bakcell İB-nin qarşılıqlı münasibətinə gəlincə isə, Kirill Alyavdin bəyan edib ki, "biz Bakcell-in alınması üzrə hər-hansı plan və danışıqlar barədə hələ heç nə deyə bilmərik".

Xəbər lenti

Xəbər lenti