...

Alcatel Azərbaycanda əməliyyat şirkəti açacaq

Telekommunikasiya Materials 5 İyul 2006 12:05 (UTC +04:00)

Alcatel payızda Azərbaycanda şirkət və yerli İT firmalar arasında vasitəçi rolunu oynayacaq yeni əməliyyat şirkəti yaratmaq niyyətindədir. Trend in verdiyi xəbərə görə, bu barədə Alcatel-in MDB dövlətləri üzrə vitse-prezidenti Gerhard Rixter bildirib.

Onun sözlərinə görə, şirkət Alcatel Baku adlanacaq və o, müştərilərlə müqavilələrin bağlanmasına xeyli köməklik göstərəcək.

"Bir ay ərzində işin maliyyə tərəfi üzrə işlər başlanacaq. Bu nümayəndəlik deyil, əməliyyat şirkətidir və bu şirkət Azərbaycan qanunvericiliyinə müvafiq olaraq vergi ödəyəcək", - deyə G.Rixter bildirib.

Vitse-prezident bildirib ki, Alcatel-in Azərbaycandakı əsas tərəf müqabili və müştəriləri Aztelekom İB və Bakı Telefon Rabitəsidir.

"2008-ci ilə qədər milli proqramlar çərçivəsində biz yeni İT texnologiyalar və xidmətləri təqdim etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, Azərbaycanın İT bazarında rəqabətin inkişafına səbəb olacaq", - deyə G.Rixter qeyd edib.

Xəbər lenti

Xəbər lenti