Azərbaycanın Ultel şirkəti, Bakı telefon şəbəkələrinin operatoru CDMA xidmətlərini tətbiq etmək niyyətindədir. Trend in şirkətə istinadən xəbər verdiyi kimi, bu simsiz sxem üzrə qoşulmuş abunəçilər səsli rabitə ilə yanaşı İnternetə yüksək sürətli giriş imkanı əldə edəcək ki, bunu da bu gün mövcud olan simsiz şəbəkələrdə təşkil etmək mümkün deyil.
Ultel 2006-cı ilədək daha bir böyük rəqəmli stansiya istismara verərək ATS-in ümmi tutumunu 50 minədək, cəlb olunmuş ümumi tutumu isə 45 min abunəçiyə çatdırmağı planlaşdırır.
Cari ildə paytaxt abunəçilərinə İnternetə simsiz giriş üzrə göstərilən xidmətlərin spektrinin genişləndirilməsi nəzərdə tutulur. Dial-up, ADSL və Leased Line-la yanaşı, IP texnologiyası vasitəsilə Iideo, IPTI və digər geniş xidmətlər təşkil etmək imkanı verən ADSL xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.