...

Bərdədə yeni rabitə obyektləri istismara veriləcək

Telekommunikasiya Materials 26 İyul 2006 20:34 (UTC +04:00)

İyulun 29-da Bərdədə yeni rabitə obyektlərinin istismara verilməsi üzrə rəsmi mərasim keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata əsasən, tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Onun sözlərinə görə, həmin gün nazirliyin nümayəndələri Bərdədəki Heydər Əliyev muzeyinə baş çəkəcək.

İmirli kəndində yeni EATS və poçt şöbəsinin, Hsənli kəndində - yeni EATS, rayonun mərkəzində isə - mərkəzi poçtamtın yeni binası və telekommunikasiya qovşağının açılışı olacaq.

Rabitə Nazirliyi, Aztelekom, Azerpocht, BTRIB, Teleradionun rəhbər şəxslərinin iştirakı ilə təşkil olunan tədbirlərdən sonra Ə.Abbasovun sədrliyiləbirinci yarım ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçiriləcək. Videokonfrans rabitəsinin köməyilə iclasın işinə bir sıra rayonların telekommuniyasiya qovşağının nümayəndəsi qoşulub.

Xəbər lenti

Xəbər lenti