...

Aztelekom "Elektron Şamaxı" pilot layihəsinin gerçəkləşdirilməsi üzrə 4 şirkətin təklifini nəzərdən keçirir

Telekommunikasiya Materials 28 İyul 2006 19:38 (UTC +04:00)

Aztelekom İB "Elektron Şamaxı" pilot layihəsinin gerçəkləşdirilməsi üzrə 4 şirkətin təklifini nəzərdən keçirir. Dövlət müəssisəsindən Trend ə verilən məlumata əsasən, tenderin nəticələri yaxın vaxtlarda açıqlanacaq.

Şamaxıda NGN texnologiyasının tədbiqini nəzərdə tutan layihəni 2006-cı ilin sonuna qədər həyata keçirmək planlaşdırılır. Layihənin başa çatmasından sonra Şamaxı rayonunun ən ucqar kəndlərinin sakinləri belə bu texnologiyanın bütün xidmətlərindən istifadə edə biləcək.

İş uğurla nəticələndikdə şəbəkə Azərbaycanın digər regionlarında da quraşdurılacaq.

NGN niqt, görüntü və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş universal çoxməqsədli şəbəkədir.

Xəbər lenti

Xəbər lenti