...

Rabitə Nazirliyi BakuTel 2006 çərçivəsində beynəlxalq konfransa hazırlıq üzrə tədbirlər planı hazırlayıb

Telekommunikasiya Materials 29 İyul 2006 11:55 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Xüsusi iqitsadi zonalar: Azərbaycanda davamlı inkişafın yeni istiqaməti" mövzusunda beynəlxalq konfransa hazırlıq üzrə tədbirlər planı hazırlayıb. Trend in Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, tədbirlər planı nazir Əli Abbasovun rəhbərliyi altında xüsusi komitə tərəfindən hazırlanıb.

Oktyabrın 3-dən 6-a qədər keçiriləcək BakuTel2006 telekommunikasiya və informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq sərgi çərçivəsində baş tutacaq konfransda bir sıra böyük İT şirkətlərin, dünyanın əksər ölkələrindən rəsmi şəxslərin iştirakı gözlənilir.

Tədbirlər planında tədbirə dəvət olunmuş vəzifəli şəxslərin siyahısının hazırlanması və onların ünvanına dəvətnamələrin, sərginin açılış mərasiminin ssenarisinin göndərilməsi, sərgi-konfransın veb-səhifəsinin, Rabitə Nazirliyi, Aztelekom, Teleradio, Bakı Telefon Rabitəsi İB-nin, informasiya texnologiyaları institutunun, elektron məhsullarının istehsalı ilə məşğul olan "Kür" zavodunun və Azərpoçt DM-in stendlərinin hazırlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti