...

Yaxın günlərdə AzDATACOM Bakı seqmenti istismara veriləcək

Telekommunikasiya Materials 14 Avqust 2006 14:58 (UTC +04:00)

Hazırda AzDATACOM milli məlumatların magtistral ötürülmə şəbəkəsinin Bakı seqmentinin çəkilişi ilə bağlı işlər başa çatıb. Rabitə və informasi texnologiyaları nazirinin müavini İltimas Məmmədovun Trend ə verdiyi məlumata əsasən, bununla işlərin birinci mərhələsi başa çatıb və yaxın vaxtlarda bu seqment istismara veriləcək.

Onun sözlərinə görə, digər rayon və şəhərləri də əhatə edən layihə üzrə işlərin ikinci mərhələsi müvafiq vəsaitlərin ayrılmasından dərhal sonra başlanacaq.

Nazir müavini hesab edir ki, layihə üzrə işlər 2006-cı ilin sonuna qədər başa çata bilər.

Əvvəllər qeyd olunurdu ki, AzDatacom-un Bakı dairəsi 10 Gbps gücə malik olacaq, lakin rayonlarda bu rəqəm hələlik 1 Gbps-ə bərabər olacaq. Gələcəkdə isə həmin gsötərici 10 Gbp-ə çatdırıla bilər. Şəbəkəyə təhsil müəssisələri, dövlət təşkilatları qoşulub. Məhz bu magistral Azərbaycanda infrastruktura problemini həll etmək və Bakı ilə rayonları yaxınlaşdırmaq üçün şərait yaradacaq. Bu şəbəkənin istifadə dəyəri hazırda olduğu kimi məsafədən asılı olmayacaq. "Dəyişdirilmiş tarif siyasəti şəbəkə bazasında servislərin sayını xeyli artırmağa imkan verəcək. İnternet və digər xidmətlər üzrə provayderlər rayonlarda biznesi inkişaf etdirə biləcək" - deyə Sinam şirkətinin rəhbəri Elçin Əliyev bildirib.

Layihə Rabitə Nazirliyi və UN DP ilə birgə həyata keçirilən "Milli Elektron İdarəçilik Təşəbbüsü" (National E-Governance Network Initiative) texniki yardım proqramı tərəfindən gerçəkləşdirilir və Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına daxil olan tədbirlərdən biridir.

Xəbər lenti

Xəbər lenti