...

Azərbaycan iKS-consulting agentliyinin reytinqində mobil rabitə abunəçilərinin sayına görə 7 MDB ölkəsini qabaqlayıb

Telekommunikasiya Materials 18 Avqust 2006 19:07 (UTC +04:00)

İxtisaslaşdırılmış iKS-consulting agentliyi MDB ölkələrində rabitə xidmətinin inkişaf reytinqini dərc edib. Reytinqə əsasən, Azərbaycanda mobil rabitə abunəçilərinin ümumi sayı 2,9 mln-a çatıb ki, bu da Gürcüstandan - 1 mln, Özbəkistandan - 1,2 mln, Moldovadan - 1,7 mln, Ermənistan və Qırğızıstandan - 2,2 mln, Tacikistandan - 2,3 mln və Türkmənistandan - 2,8 mln çoxdur.

Hesabatda deyilir ki, Rusiyada abunəçilərin ümumi sayı 140,3 mln, Ukraynada - 35,9 mln, Qazaxıstanda - 6,6 mln, Belfrusda - 5 mln təşkil edib. 2006-cı ilin əvvəlindən MDB-də mobil rabitə abunəçilərinin sayı 21% artıb.

iKS-consulting agentliyi Rusiya və MDB ölkələrinin telekommunikasiya bazarının araşdırılması və təhlili üzrə peşəkar xidmətlər təqdim edir.

Xəbər lenti

Xəbər lenti