...

Ericsson Azərbaycanda Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması üçün böyük qrant ayıracaq

Telekommunikasiya Materials 19 Avqust 2006 12:13 (UTC +04:00)

İsveçin Ericsson şirkəti Azərbaycanda yaradılacaq Xəzər Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin platformasının hazırlığının birinci mərhələsində böyük qrant ayırmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq münasibətlər və qeyri-dövlət müəssisələri ilə iş üzrə şöbəsinin başçısı Ayaz Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür, tövsiyyələr hazırlanır. Bu tədbirlər tamamlandıqdan sonra müvafiq təkliflər paketi hökümətin müzakirəsinə veriləcək.

Xəzər Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzrə təşkilati komitə və Höteburqda yerləşən Çalmer Texnologiya Universitetinin İnformasiya texnologiyaları universiteti arasında saziş protokolu avqustun 10-da imzalanıb. Sənədi Çalmer universitetinin rektoru professor Jan Smit və Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin yanında informasiya və kommunikasiya texnologiyaları mərkəzinin baş direktoru Fikrət Əliyev imzalayıb. Sazişə Universitetin yaradılması üçün platformanın hazırlığı üzrə əməkdaşlığın dəstəklənməsi daxildir. Platformada müasir proqramlar üzrə bakalavr, magistratura təhsil dərəcəsi üzrə mütəxəssis hazırlığı, texnoloji tərkibli treninq metodlarının və təhsil proqramlarının yaradılması, yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanması, eləcə də multimedia və müasir texnologiyalara əsaslanmış maddi-texniki bazanın strukturunun yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti