...

Azərcell BM-in 10 İL KAMPANİYASI çərçivəsində beşinci mənzilin sahibi müəyyən olundu

Telekommunikasiya Materials 23 Avqust 2006 11:36 (UTC +04:00)

"Azərcell Telekom" BM-in fəaliyyətinin 10 illiyinə həsr olunmuş "10 il kampaniyası"nın beşinci mənzili sahibini tapdı. Trend BM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qalib Bakı şəhər sakini Səmədağa Hüseynov olub. Qalibə mənzilin sənədlərini şirkətin baş direktoru Halim Ateş təqdim edib.

Şirkətin əsas uduşları olan 2 otaqlı mənzilləri 5 kartın uduş pəncərələrində "AZƏRCELL", "SİMSİM", "GƏNCSİM", "BİZDƏNBİZƏ" və "10 İL" yazılarını tapan və bu kartları 15 fevral 2007-ci il tarixinə qədər Azərcell Telekom İB-nin Tbilisi prospekti, 61A ünvanında yerləşən baş ofisinə təqdim edən artıq 5 abunəçi əldə edə bilər.

Hər birinin sahəsi 85 kv.m olan mənzillər Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küç., 8 ünvanında tikilən yaşayış binasındadır. Uduşlu kartları təqdim etmiş qaliblərə bildirişin surəti (Azərcell Telecom İB-nin bu şəxsə mənzil hüququnu verdiyini sübut edən) veriləcək və bundan sonra o, mənzilin tamhüquqlu sahibi hesab olunacaq.

10 İL KAMPANİYASI iyunun 15-dən etibarən həyata keçirilir və bu kampaniya çərçivəsində mənzildən başqa, 443 766 abunəçi hədiyyə qismində kontur və 1 881 260 manat məbləğində danışıq vaxtı alacaq.

Xəbər lenti

Xəbər lenti