2006-cı il oktyabrın 3-dən 6-dək Bakıda İKT üzrə növbəti Azərbaycan-ABŞ forumu keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Rabitə Nazirliyi və Amerika-Azərbaycan Ticarət Palatasının təşkil edəcəyi forumda ABŞ biznes qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.