...

Azərbaycan Qazaxıstanın KazSat rabitə sputnikinin imkanlarından istifadə etmək niyyətindədir

Telekommunikasiya Materials 6 Sentyabr 2006 17:39 (UTC +04:00)

Özbəkistan, Qırğızıstan və Azərbaycan Qazaxıstanın KazSat rabitə sputnikinin imkanlarından istifadə etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə bu gün məclisin plenum iclasında İnformatizasiya və rabitə agentliyinin sədri Əsgər Jumaqaliyev bildirib.

"Hazırda Özbəkistan, Qırğızıstan, Azərbaycan Qazaxıstan sputnikinə keçmək istəmələri barədə məktub təqdim ediblər", - deyə Ə.Jumaqaliyev bildirib.

Agentliyin başçısı qeyd edib ki, bundan əlavə, Qazaxıstanın bütün rabitə operatorları sputnikin gücündən istifadə etməyə başlayıb. "Biz əvvəlcədən Qazaxıstan sputnikinə keçid məsələlərini gözdən keçirmişik və bu gün Qazaxıstanda fəaliyyət göstərən bütün operatorlarla memorandum imzalamışıq", - deyə o bildirib.

Ə.Jumaqaliyev həmçinin qeyd edib ki, 2010-cu ilə qədər sputnikin gücünün 816,5 MHs-ə çatdırılması nəzərdə tutulub, o cümlədən 2006-cı ildə "326 MHs-in Qazaxıstan operatorlarının istifadəsinə vermək, sonradan isə bu həcmi daha da artırmaq planlaşdırılıb".

Əvvəl xəbər verildiyi kimi, Qazaxıstanın ilk rabitə sputniki "KazSat" 18 iyun 2006-cı ildə orbitə buraxılıb.

Xəbər lenti

Xəbər lenti