...

Azercell MM Burkina Faso operatoru ilə rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 12 Sentyabr 2006 17:49 (UTC +04:00)

Azərbaycanın mobil rabitə bazarında yüksək standartlar və keyfiyyətli xidmətlər tətbiq edən Azercell Telekom müştərək müəssisəsi daha bir ölkədə abunəçilərin rahat danışması üçün növbəti addım atıb. Trend in MM-in mətbuat xitdmətinə istinadən xəbər verdiyi kimi, şirkət Burkina Fasonun "Telmob" (Onatel) operatoru ilə rouminq sazişi bağlayıb.

Bu günə qədər "Azercell Telekom" MM 129 ölkənin mobil rabitə operatorları ilə 283 rouminq sazişi bağlayıb.

Azərbaycanın Rabitə Nazirliyi və Fintur Holdings tərəfindən təsis edilmiş Azercell Telecom MM fəaliyyətə 1996 -cı ilin dekabrında mobil rabitə operatoru kimi başlayıb. Azərbaycan hökumətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qismində MM-in strukturunda iştirak payı 35,7% təşkil edir.

Xəbər lenti

Xəbər lenti