...

Amerika-Azərbaycan Ticarət Palatasının İT üzrə missiyasının Bakıya səfər proqramı müəyyənləşdirilib

Telekommunikasiya Materials 20 Sentyabr 2006 17:07 (UTC +04:00)

Trend-i buradan izləyin

Amerika-Azərbaycan Ticarət Palatasının (The U.S. - Azerbaijan Chamber of Commerce (USACC)) informasiya texnologiyaları üzrə missiyasının Bakıya səfər proqramı müəyyənləşdirilib. Trend in USACC-yə istinadən xəbər verdiyi kimi, palatanın həmsədri Ceyms Beykerin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya oktyabrın 1-də gələcək.

Oktyabrın 2-də USACC-nin təşkilatçılığı ilə, o cümlədən Amerikanın Azərbaycandakı Ticarət Palatası (AMCHAM American Chamber of Commerce in Azerbaijan) və Azərbaycan İxracın Təşviqi və İnvestisiya Fondu (AZPROMO) tərəfindən eksklüziv Amerika-Azərbaycan biznes-forumu keçiriləcək. Biznes forumda həmsədrlər Ceyms Beyker və Reza Vaziri, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, iqtisadi inkişaf naziri Heydər Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders çıxış edəcək.

Forumda beynəlxalq maliyyə institutlarının, Azərbaycanın İT şirkətlərinin iştirakı gözlənilir.

Oktyabrın 3-də nümayəndələr BakuTel 2006 informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq sərgi çərçivəsində rəsmən dövlət başçısı İlham Əliyev tərəfindən açılacaq "Xüsusi iqtisadi zonalar: Azərbaycanda iqtisadi inkişafın yeni istiqamətləri" adlı beynəlxalq konfransda iştirak edəcək.

Növbəti günlərdə ölkənin bir sıra biznes strukturları ilə görüşlər planlaşdırılıb.

Oktyabrın 4-də axşam USACC missiyası Azərpbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti