...

2006-cı ilin I yarısında Softline şirkətinin dövriyyəsi $30 mln-u keçib

Telekommunikasiya Materials 29 Sentyabr 2006 16:42 (UTC +04:00)

Azərbaycanda nümayəndəliyi olan Softline şirkəti bəyan edib ki, şirkətin 2006-cı ilin I yarısının yekunları üzrə məcmu dövriyyəsi $30,849 mln təşkil edib. Bu barədə Trend xəbər verir.

2005-ci ilin I yarısı ilə müqayisədə dövriyyənin artım həcmi 3% təşkil edib. Bu dövr ərzində Softline Bakı, Düşənbə, Kazan və Krasnoyarskda nümayəndəliklərini açıb.

Bundan başqa, oktyabrda şirkətin Omskda ofisinin rəsmi açılış mərasimi olacaq və Softline IT Academy layihsi çərçivəsində ilin sonunadək Krasnodar, Kalininqrad və Moskvada Softline akademiyaları açılacaq. Bu yaxınlarda belə qurum Sankt-Peterburqda təsis edilib.

Softline şirkətinin biznesinin əsas istiqamətləri: proqram təminatının distribusiyası, regional biznes, Softline tədris mərkəzi, İnternet-layihələr, Softline Solutions və Softline Consulting Services konsaltinq şirkətləri.

Xəbər lenti

Xəbər lenti