...

Rusiya rabitə nazirinin müavini: Bu gün Azərbaycan MDB-nin iqtisadi məkanında liderlərdən biri olub

Telekommunikasiya Materials 3 Oktyabr 2006 15:40 (UTC +04:00)

Bu gün Azərbaycan MDB-nin iqtisadi məkanında liderlərdən biri olub. Trend in xəbər verdiyi kimi, bunu bu gün "BakuTel-2006" beynəlxalq sərgisinin açılışında Rusiya Federasiyasının informasiya texnologiyaları və rabitə nazirinin müavini Boris Antonyuk bəyan edib.

Onun sözlərinə görə, inkişaf nəinki ümumilikdə iqtisadiyyatda, onun bütün sahələrində, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində müşahidə olunur.

"Hal-hazırda hər iki ölkə üçün əhəmiyyət kəsb edən 2 sənədin hazırlanması başa çatmaqdadır. Bunlar poçt rabitəsi, elektrik rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş və poçt və pul köçürmələri sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişdir", - deyə B. Antonyuk qeyd edib.

Bakıda keçirilən "BakuTel-2006" sərgisinin əhəmiyyətindən danışan rusiyalı nazir müavini bildirib ki, təkcə burada iştirakçıların 4%-i Rusiya şirkətlərini təmsil edir ki, bu da ölkələrimiz arasında qarşılqlı maraq doğuran münasibələrin inkişafından xəbər verir.

Xəbər lenti

Xəbər lenti