...

Bakıda "Kibernetika və informatika problemləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək

Telekommunikasiya Materials 19 Oktyabr 2006 13:39 (UTC +04:00)

Oktyabrın 25-26-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun həmsədrliyi ilə Bakıda "Kibernetika və informatika problemləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə Trend Rabitə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Konfransın əsas təşkilatçıları AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və "Abdus Salam" Nəzəri Fizika Beynəlxalq Mərkəzidir.

Tədbirdə 15 xarici ölkədən nümayəndələrin iştirak edəcəyi gözlənir. Konfransda "Multispektral metodun istifadəsi ilə dəniz neft platformalarının diaqnostikası və vibromonitorinqinin informasiya texnologiyası", "Elementar zərrəciklərin kütlələrinin məhdudluğu", "Eynşteyn-Yanq-Mills nəzəriyyəsində ox simmetriyalı qara deşiklər üçün yeni həllər", "Dinamik sürtünmə zamanı bərk cisimlərin friksion qızmasının riyazi modelləşdirilməsi" və digər mövzularda məruzələr dinləniləcək.

Beynəlxalq konfransın bir qədər tez keçirilməsi planlaşdırılsa da, "Bakutel 2006" sərgi-konfransı ilə əlaqədar tədbirin vaxtı daha gec müddətə təyin olunub.

Xəbər lenti

Xəbər lenti