...

Azərpoçt "qaynar xətt" üzrə əhalinin şikayətlərini dinləyib

Telekommunikasiya Materials 28 Dekabr 2006 18:57 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Dövlət müəssisəsi əhalinin şikayət və təkliflərini qəbul etmək məqsədilə "qaynar xətt" üzrə telefonlar təşkil edib. Bu xətt üzrə vətəndaşlar və müəssisənin rəhbərliyi ilə birbaşa danışıqlar baş tutub. Trend Rabitə Nazirliyinə istinadən xəbər verir ki, 2 saat ərzində qaynar xəttə 20 zəng daxil olub. Onlardan 18-i müsbət xarakter daşıyıb, bölgələrdən olan 2 zəng isə ölkə bölgələrində kənd poçt şöbələrinin açılışı ilə bağlı olub.

Azərpoçt DM-in fəaliyyəti məktub və yazıların çatdırılması, teleqraf, elektron poçt, İnternet, şəhərlərarası telefon danışıqları, daxili və xarici poçt göndərişləri xidmətlərinin göstərilməsi, milli üslubda yerinə yetirilmiş açıqca və zərf, marka və nişanların satışı, təcili və adi pul köçürmələrinin göndərilməsi, təqaüd və müavinətlərin ödənilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti