...

Bakı telefon şəbəkəsi elektronlaşma səviyyəsini artırır

Telekommunikasiya Materials 17 Yanvar 2007 14:04 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin Bakı Telefon Rabitasi (Bakı elektron şəbəkəsi) İstehsalat Birliyi köhnə analoji 461/62, 60, 463/64/65, 468/69/60 ATS-lərin yenidən qurulmasını başa çatdırb. Bu barədə Trend ə çərşənbə günü müəssisədən bildiriblər.

471/472/473 və 474/475/476 ATS-lərin yenidən qurulması üzrə işə başlanıb. Telefon nömrələrinin ümumi tutumu 80 min təşkil edir.

İB-dən bildiriblər: "Hazırlıq işlər görülür. Müvafiq avadanlıq alındıqdan sonra konkret texniki tədbirlər görülməsi planlaşdırılır. Genişləndirmə işləri görüləcək, stansiyanın strukturunda 35-40 faiz təşkil edən blokirovka nömrələrin ayrılması nəzərdə tutulur".

Qeyd olunan stansiyaların yenidən qurulmasını 2007-ci ilin birinci rübünün sonuna qədər başa çatdırmaq planlaşdırılır.

Gələcəkdə eyni tədbirlər ATS-438/439, ATS-494/495, ATS-423 münasibətdə də tətbiq ediləcək.

Hazırda paytaxt üzrə rabitənin elektronlaşma səviyyəsi 85%, digər regionlar üzrə 60%-dən artıq təşkil edir.

Rabitə Nazirliyində hesab edirlər ki, bütün telefon şəbəkəsinin 2007-ci ilin birinci yarısında yenidən qurulmasını təmin etmək olar.

Bu tədbirlər 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə Dövlət Proqramı ("Elektron Azərbaycan") əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti