...

Azərbaycanda telefon danışıqlarında beynəlxalq çıxan zənglərin həcmi artıb

Telekommunikasiya Materials 23 Yanvar 2007 10:42 (UTC +04:00)

2006-cı ildə "Aztelekom" İB üzrə telefon danışıqlarında beynəlxalq daxil olan zənglərin həcmi Azərbaycanda əvvəlki illə müqayisədə 19,05 mln. dəqiqə azalaraq 230,65 mln. dəqiqə təşkil edib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən Trend xəbər verir.

Bu dövr ərzində çıxan zənglərin həcmi 22 mln. dəqiqə artaraq 89,55 mln. dəqiqə təşkil edib.

Bakıya daxil olan zənglər, rayon şəbəkələri və AzEuroTel BM mobil şəbəkəsi daxil olmaqla Azərbaycanda ümumi daxil olan zənglər həcmi 275 mln. dəqiqə təşkil edib.

Xəbər lenti

Xəbər lenti