...

"Bakı telefon şəbəkəsi" taksofonlar üçün yeni kartları istismara verib

Telekommunikasiya Materials 23 Yanvar 2007 13:26 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) taksofonlar üçün yeni kartlar istismara verib. Trend İB-yə istinadən xəbər verir ki, kontur kartlarının qiymətləri əhalinin bütün təbəqələrinin istifadəsi üçün münasibdir.

Əvvəlkilərdən fərqli olaraq, yeni kartlarda qiymət və istifadəçilərin onları maraqlandıran sualla müraciət edə biləcəkləri koordinatlar göstərilib.

1,9 manatdan 9 manata qədər qiyməti olan, şəhərlərarası və beynəlxalq danışıqlar üçün nəzərdə tutulmuş kartlarla yanaşı, həmçinin qiyməti 1 manat, tutumu 400 kontur olan yalnız şəhərdaxili danışıqlar üçün (jetonları əvəz edən) nəzərdə tutulmuş kartlar da istifadəyə verilib. Bu kartlar vasitəsilə şəhərdaxili şəbəkə üzrə 34 dəqiqə danışmaq olar.

Yeni kartlar "Qasid" ASC, "Metroservis" MMC-nin yayım məntəqələrində, danışıq məntəqələrində, eləcə də Azərpoçt DM-in poçt şöbələrində satılır.

Xəbər lenti

Xəbər lenti