...

Azərbaycanın "Kür" zavodu təhsil müəssisələrinə tədarük etdiyi kompüterlərin sayını açıqlayıb

Telekommunikasiya Materials 23 Yanvar 2007 17:30 (UTC +04:00)

Son beş ay ərzində kompüter istehsalı ilə məşğul olan "Kür" zavodu Bakı, Sumqayıt və Azərbaycanın başqa və şəhər bölgələrindəki məktəbləri 897 kompüterlə təchiz edib. Bu barədə Trend Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir.

Təhsil müəssisələrinə verilmiş kompüterlərin ümumi sayı təxminən 10 min ədədə çatıb.

Beləliklə, müəssisə "Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması" proqramının qalibi olaraq, öhdəlikləri yerinə yetirib.

Müəssisə ölkəyə Tayland, Sinqapur, Çin və Malayziyadan gətirilmiş ehtiyat hissələrindən konveyer üsulu ilə kompüter istehsal edir.

Zavodun layihə gücü sutkada 140 kompüter təşkil edir.

2006-cı ilin sonunda kompüter zavodu Avropanın Keyfiyyətin idarə olunması fondunun sertifikatını və Mərkəzi və Şərqi Avropa ölkələrinin II beynəlxalq keyfiyyət turnirinin diplomunu alıb. 2006-cı ilin mart ayından zavod ISO 9001 2000 sertifikatına malikdir.

"Kür" zavodu BM qismində fəaliyyət göstərir. 51% iştirak payı Rabitə Nazirliyinin simasında dövlətə, 36%-i yerli Sinam şirkətinə və 13%-i özəl şəxslərə məxsusdur. Kompüter avadanlığı ilə yanaşı, müəssisə stasionar telefon aparatları istehsal edir.

Hazırda zavodun əməkdaşlarının sayı 75 nəfərdir, istehsalat sahəsinin genişləndirilməsindən sonra ştatın 100 nəfərə qədər çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti