...

Azərbaycanın mobil xidmət bazarı Türkiyədə konfransda müzakirə ediləcək

Telekommunikasiya Materials 12 Fevral 2007 15:34 (UTC +04:00)

Trend in məlumatına əsasən, Azərbaycan 13-14 mart tarixində İstanbulda keçiriləcək Mobile Eurasia sərgi və konfransında təmsil olunacaq.

Konfrans və sərgi Xəzər regionu və Mərkəzi Asiyada mobil rabitə xidmətlərinin artımına və gəlirin əldə olunmasına həsr olunacaq. Azərbaycan, Əfqanıstan, Gürcüstan, İran, Qazaxıstan, Monqolustan, Tacikistan, Türkiyə, Türkmənstan, Özbəkistan bazarlarının vəziyyəti işıqlandırılacaq.

Konfransın məruzəçiləri arasında Azərbaycanın Bakcell mobil operatorunun direktoru Martin Kverk (Martin Quirke) və Azərbaycanın aparıcı mobil operatoru olan Azercell, Gürcüstanın Geocell, Qazaxıstanın K-Cell və Moldovanın Moldcell operatorunun əsas sərmayəçisi olan Fintur Holdings türk şirkətinin direktorlar şurasının sədri Erdal Durukan olacaq.

Konfransda müzakirə ediləcək mövzular bazar artımına səbəb olan fəaliyyətin qaydaya salınması rejimi, rəqabətin inkişafı və innovasiyların tətbiqi, regionlarda olan şəbəkənin optimal inkişaf strategiyası, bazarda payın əldə olunması və tez dəyişən bazar şəraitlərində rəqabət üstünlüyünün əldə olunması, Avropa bazarlarının tələbatına əsasən xidmətlərin tətbiq olunması və gəlirin əldə olunması, inkişafa və innovasiyaya şərait yaradan normativ-hüquq bazasının yaradılması, Mərkəzi Asiya və Xəzər regionu bazarlarının müqayisəsi, MDB bazarlarında WiMAX-ın tətbiqi ilə bağlı olan risk və üstünlüklərin qiymətləndirilməsi, regionda 3G-nin tətbiqinin iqtisadi üstünlükləri və s. olacaq.

Xəbər lenti

Xəbər lenti