...

Azərbaycanın yeni mobil operatoru martın 20-dən sonra fəaliyyətə başlamağı planlaşdırır

Telekommunikasiya Materials 9 Mart 2007 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın yeni mobil operatoru Azerfon BM martın 20-dən sonra fəaliyyətə başlamağı planlaşdırır. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən qeyd olunub ki, bu münasibətlə KİV nümayəndələri üçün geniş təqdimat mərasimi keçiriləcək.

Martın 25-də şirkət T.Bəhramov adına stadionda "Qrimm Qardaşları", "Via-Qra", Röya, Mustafa Sandal və Sevda Ələkbərzadənin iştirakı ilə bayram qala-konserti təşkil edəcək. Azerfon özünün Nar Mobile ticarət brend-markasını təqdim edib. GSM standartı üzrə mobil rabitə xidmətinə lisenziyanı Azerfona Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının qərarı ilə 2005-ci ilin dekabrında verilib.

Bu gün Azərbaycanda GSM standartı üzrə mobil xidmətləri - Azercell Telecom BM və Bakcell şirkəti göstərir. Ölkədə mobil abunəçilərinin sayı 3 milyondan çoxdur.

Xəbər lenti

Xəbər lenti