...

Azərbaycanın Rabitə Nazirliyi CeBIT-2007-də iştirak edəcək

Telekommunikasiya Materials 13 Mart 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayev/ Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi martın 15-21-də Hannoverdə keçiriləcək illik İT sərgisi CeBIT-2007-də iştirak edəcək. Bununla əlaqədar nazirliyin Beynəlxalq əlaqələr və hesablamalar mərkəzinin direktoru Cəlil Cəfərov Almaniyaya yola düşüb.

Ötən illə müqayisədə 2007-ci ildə Azərbaycan tədbirdə müşahidəçi qismində çıxış edəcək.

2006-cı ildə sərgidə rabitə nazirinin müavini İltimas Məmmədovun rəhbərliyi ilə Sianm, Aztelekom, AtaTexnologiya, Ultra və başqa şirkətlər də daxil olmaqla geniş nümayəndə heyəti iştirak edirdi. Azərbaycana stend yerləşdirmək üçün 100 kv.m ərazi verilmişdi.

Cari ildə isə sərgidə dünyanın 70-dən çox ölkəsindən 6 000 şirkət təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti