...

Gəncədə 15 000 nömrəli ATS quraşdırılacaq

Telekommunikasiya Materials 30 Mart 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində yeni elektron tipli ATS quraşdırılacaq. Bu barədə cümə günü Gəncə Telekommunikasiya İdarzsinin rəisi Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, 54 saylı ATS-in elektron tipli qurulması üçün elan olunan tenderin qalibi yaxın vaxtlarda müəyyənləşəcək. Tenderin qalibi müəyyənləşdikdən sonra üç ay müddətinə ATS elektronlaşacaq. Yeni quraşdırılacaq ATS 15 000 nömrə tutumlu olacaq. Bu da əvvəlki koordinat tipli ATS-dən 5 000 nömrə çox olacaq.

54 saylı koordinat tipli ATS 1988-ci ildə quraşdırılıb və hazırda 10 000 abonentə xidmət edir.

Xəbər lenti

Xəbər lenti