...

Naxçıvan MR-də 500-dən çox ailə telefon nömrəsi alıb

Telekommunikasiya Materials 31 Mart 2007 14:21 (UTC +04:00)

Azərbacyan,Bakı/müxbir Trend S.Babayeva /Yanvar-fevralda Naxçıvan Muxtar Respublikasında (NMR) 523 ailə telefon nömərələri alıb, bu da 2006-cı ilin uyğun göstəricisi ilə müqayisədə 162 vahid və ya 44,9 faiz çoxdur. Bu barədə şənbə günü Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

NMR ərazisində müəssisələlər, təşkilatlar və əhaliyə 2062,3 min manat dəyərində rabitə xidmətləri göstərilib, artım 29,8 faiz təşkil edib. Göstərilmiş xidmətlərin 79,1 faizi özəl şirkətlərin payına düşüb, artım 33,2 faiz təşkil edib. MR-in yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 430,9 min manat məbləğində rabitə xidməti göstərilib, bu da 2006-cı ilin yanvar-fevral göstəricisindən 18,3 faiz çoxdur.

Göstərilən dövr ərzində NMR-in rabitə müəssisələrində işçilərin sayı 830 nəfər təşkil edib, bu da 2006-cı ilin uyğun göstəricisindən 3,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti