...

Nazir: Azərbaycan və Qazaxıstan Xəzər seqmenti TAA-nın tikintisini sürətləndirmək istəyir

Telekommunikasiya Materials 5 Aprel 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir C.Babayeva/ Azərbaycan və Qazaxıstan Xəzər seqmmenti Trans-Asiya-Avropa (TAA) magistral optik kabel xətti layihəsinin həyata keçirilməsini sürətləndirmək barədə qərar qəbul ediblər. Bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan konsorsiumu yaradılacaq.

Bu ilin sonuna qədər bütün layihələşdirmə işləri və tender hazırlıqları başa çatdırılacaq. İlin sonuna tikinti işlərinə başlamaq mümkün ola bilər.

Dənzin dibi ilə kabelin çəkilməsi isə təqribən 7-10 mln. dollar təşkil edəcək.

Qazaxıstan və Azərbaycan arasındakı marşrutun uzunluğu təqribən 280 km təşkil edəcək. Hazırda mövcud marşrut Türkmənistan və İrandan keçir və bu yolla Azərbaycan ərazisindən keçir.

TAA kabelinin Azərbaycandan çəkilməsi isə 1000 km məsafəni qısaldacaq ki, bu da informasiyanın ötürülmə sürətini artıracaq.

Xəbər lenti

Xəbər lenti