...

Yaponiya-Azərbaycan əməkdaşlığına həsr olunan poçt markası çap edilib

Telekommunikasiya Materials 5 Aprel 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Babayeva/ Bu gün Azərbaycan Rabitə və İnformasiya texnologiyaları Nazirliyində Yaponiya və Azərbaycan iqtisadi əməkdaşlığına həsr olunan poçt markasının təqdimetmə mərasimi keçirilib. Marka 5 apreldən dövriyyəyə başlayır.

Markanın üzərində iqtisadi əməkdaşlıq rəmzi kimi ölkələrin milli bayraqları, "Şimal" elektrostansiyasında buxar qazı qurğusu və taxıl kombaynı öz əksini tapıb (nəşr edilib, çap, dərc edilib). Marka "Belarus çap evi" mətbəəsində 25 min ədəd tirajla çap edilib. Poçt markasının təqdimetmə mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları nəziri Əli Abbasov, Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Azərmarka DM-in prezidenti İntiqam Bağırlı və Azərbaycanın bir sıra dövlət idarələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanda ilk poçt markası 1919-cu ildə dərc edilib.Ölkə müstəqil elan olunandan sonra 1992-ci ildən poçt markalarının çapı yenidən başlayıb. Bugünədək "Azərmarka" 618 poçt markası çap edib.

Xəbər lenti

Xəbər lenti