Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları rəhbərləri Şurasının 37-ci iclasında və RRB yanında MDB-nin informatizasiya üzrə Koordinasiya Şurasının 11-ci toplantısında iştirak edəcək.
Çərşənbə günü nazirlikdən verilən məlumata görə, bu tədbirlər mayın 28-29-da Yurmala şəhərində keçiriləcək.
RRB-nin Rabitə Administrasiyaları rəhbərləri Şurasının öncəki, 36-cı iclası (MDB-nin yaranmasına həsr olunmuşdu) və RRB yanında MDB-nin informatizasiya üzrə Koordinasiya Şurasının 10-cu toplantısı ötən ilin 12-13 dekabrında Moskvada keçirilib. Hər iki tədbirdə Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.