...

"Intel" Azərbaycanın Təhsil Nazirliyinə 1000 ədəd noutbuk verəcək

Telekommunikasiya Materials 7 May 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Təhsil Nazirliyi ilə imzalanan memorandum çərçivəsində "Intel" şirkəti təmənnasız olaraq sözügedən quruma 1000 ədəd noutbok verəcək. Bu barədə "İntel" şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi olan "Ultra" şirkətinin yaydığı məlumatda bildirilir.

80 min işçiyə və illik 42 mlrd. dollarlıq gəlirə malik "Intel" şirkəti 1968-ci ildən informasiya texnologiyaları sahəsində dünyada lideridir. Dünyada buraxılan kompüterlərin 86 faizi (Azərbaycanda istehsal olunan kompüterlərin 98 faizi) İntel texnologiyası əsasında istehsal olunur.

Son 3 ildə "Intel" MDB məkanında təhsil proqramları məqsədilə 6.2 mln. dollar vəsait ayırıb. 180 ölkədə nümayəndəliklərə malik olan şirkətdən bildiriblər ki, korporasiya Azərbaycanı ən dinamik inkişaf edən ölkələrin sırasına daxil edilib.

Xəbər lenti

Xəbər lenti