...

Azərbaycanın Azercell mobil operatoru şəbəkəni təkmilləşdirir

Telekommunikasiya Materials 8 May 2007 15:26 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın mobil operatoru Azercell Telecom BM abunəçilərini "SesliMesajCell" xidmətinin istifadəsi zamanı mayın 9-da saat 01:00-dan etibarən yarana biləcək qüsurlar haqqında xəbərdarlıq edir. Bu barədə şirkətin məlumatında bildirilib. Bu, operator şəbəkəsinin təkmilləşdirilməsi üzrə işlərlə əlaqədardır.

Şirkət rabitə keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bu işləri mütəmadi olaraq həyata keçirir.

Azercell Telecom Azərbaycan ərazisinin 78 faizini və respublika əhalisinin 99 faizini əhatə edərək 2,5 milyondan çox abunəçiyə malikdir. Şirkət 1996-cı ilin yanvarında yaradılıb və abunəçilərinə sonradan ödəmə əsasında xidmətlər təklif edərək fəaliyyətinə həmin ilin dekabrında başalyıb.

Azercell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7 faiz) və "Fintur Holdings BV" şirkətinin (64,3 faiz) birgə müəssisəsidir. "Fintur Holdings BV" şirkətinin səhmlərinin 58,55 faizi "TeliaSonera" və 41,45 faizi "Turkcell" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti