...

Smart Systems Technology "Bnin sifarişini tamamlamaq üzrədir

Telekommunikasiya Materials 15 May 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Smart Systems Technology (SST) şirkəti kabel televiziyası sahəsində xidmət göstərən "Büçün gördüyü işləri yekunlaşdırır.

Çərşənbə axşamı SST-dən verilən məlumata görə, şirkət konkret olaraq "İnternet abonent" (İnternet vasitəsi ilə abunəçiləri xəbərdar etmək) və "SMS-abonent" (abunəçiləri sms vasitə ilə xəbərdar etmək) modullərinin tətbiqi prosesini bitirmək üzrədir. Hazırda şirkət onların sınağını həyata keçirir.

Tərəflər arasında müqavilə bu ilin martında bağlanılıb.

Məlumat üçün bildirək ki, Smart Systems Technology 1999-cu ilin noyabrında yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması sahəsində xidmətlər göstərir, telekommunikasiya şəbəkələrinin quraşdırılmasını layihələşdirir, həmçinin bank və maliyyə sahəsində konsaltinq xidmətləri təklif edir. Şirkət Oracle korporasiyasının rəsmi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti