Azərbaycan, Baku, / Trend müxbir S.Babayeva/ İyun ayının 11-dən 14-nə qədər Bakıda elektron idarəetmə, elektron imza və informasiya təhlukəsizliyinə həsr olunmuş seminar keçiriləcək. Tədbirin təşkilatçısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Futuroloqlar Assosiasiyasıdır. Şənbə günü nazirlikdən verilən məlumata görə, bu, dövlət müəssisələrinin, komitələrin, nazirliklərin əməkdaşları üçün nəzərdə tutulan işgüzar seminar olacaq. Məqsəd qeyd olunan sahələrdə bilikləri artırmaqdır.
Seminara rəhbərliyi BMT-nin Beynəlxalq Federasiyalar Assosiasiyasının Minilliklər Layihəsinin direktoru və bu məqsədlə Bakıya dəvət olunan BMT Universitetinin Amerika Şurasının icraçı direktoru Cerom K. Qlenn edəcək.