...

Səfir: İsrail Azərbaycana öz "nefti"ni- İT sahəsindəki əməkdaşlığı təklif edir (video)

Telekommunikasiya Materials 26 İyun 2007 12:46 (UTC +04:00)
Səfir: İsrail Azərbaycana öz "nefti"ni- İT sahəsindəki əməkdaşlığı təklif edir (video)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "Azərbaycan neftə malik ölkədir. İsrailin isə öz "neft"i var.. Bu, informasiya-kommunikasiya texnologiyalarıdır. Azərbaycanın tərəfdaş və müştəri qismində bu sahədəki böyük potensialını nəzərə alan İsrail şirkətləri mümkün əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Bakıya gəliblər" - deyə çərşənbə axşamı İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Lenk Azərbaycan-İsrail informasiya texnologiyaları üzrə birinci biznes-forumunun açılışında bildirib.

Səfirin sözlərinə görə, heyətə daxil olan şirkət nümayəndələrinin çoxu Azərbaycana ilk dəfə səfər edirlər. Onlar Azərbaycanın İT sahəsinə yatırımların mümkünlüyünə inanırlar.

Lenk həmçinin bildirib ki, İsrailin İxrac və beynəlxalq əməkdaşlıq (The Israel Export and International Cooperation Institute) institunun biznesin inkişafı üzrə meneceri Korin Rotarinin (Corin Rotary) başçılıq etdiyi doqquz nəfərdən ibarət nümayəndə heyəti əməkdaşlıq perspektivlərinin reallaşdırılması üçün ayrı-ayrı şirkətlərlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti